Home / Lobbi fəaliyyəti / Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

Azərbaycanda mətbuat orqanlarının sırasına yeni xəbər saytı daxil olub. Diaspor sahəsində ixtisaslaşmış xəbər saytı olan “DiasporPress.az” fəaliyyətə başlayıb.
Xəbər portalında xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti və onlarla əlaqələrin genişləndirilməsi, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycanla dostluq münasibətində olan digər xalqların diasporları ilə əlaqələrin möhkəmləndirilməsi, bu sahə ilə bağlı olan bütün fəaliyyətlərin operativ və müntəzəm şəkildə işıqlandırılması təmin ediləcək.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda diaspor xəbərləri ilə yanaşı, ölkədə və dünyada baş verən ictima-siyasi, sosial-iqtisadi, mədəni və geosiyasi mövzuları əhatə edən xəbərlər yayımlanacaq. Bununla yanaşı, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq. Qeyd edək ki, saytın təsisçi və baş redaktoru diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdilidir.
DiasporNews

Check Also

AAK Avropa Parlamentinə müraciət edib

Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin 750 deputatına müraciət ünvanlayıb. Müraciətdə insan hüquqları ilə bağlı …

160*600