Home / İdman / Daha bir azərbaycanlıya beynəlxalq qurumda vəzifə verildi

Daha bir azərbaycanlıya beynəlxalq qurumda vəzifə verildi

Ötən ay Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Tələbə Futbolu Birliyinin (ISFU) İdarə Heyətinin rəsmi iclası baş tutub. İclasda əsas məsələ sentyabrın 29-da ISFU-nun baş katibi Oleq Pervuşkinin ölümü ilə bağlı bu posta yeni seçkinin keçirilməsi olub.

Bu qurumun baş direktoru Andrey Stukalov ISFU-nun baş katibi postuna Əfqan Həmzəyevi seçməyi təklif edib. Həmzəyev yekdilliklə seçilib. Bununla da azərbaycanlı mütəxəssis beş il müddətinə bu mövqeyə təyin olunub.

Qeyd edək ki, 44 yaşlı Əfqan Həmzəyev 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, 2001-ci ildən futbol hakimi kimi işləməyə başlayıb. Həmzəyev Azərbaycan Premyer Liqasında, Türkiyə, Belarus, Rusiya və Gürcüstandakı turnirlərdə hakimlik edib.

2009-cu ildən çimərlik futbolu üzrə FIFA refesi olub və bir neçə beynəlxalq oyunlara təyinat alıb. Həmin il Dubaydakı dünya çempionatında idarəçiliyinə görə FIFA tərəfindən xüsusi medalla təltif olunub. O, hazırda Dünya Minifutbol Federasiyasının Hakimlər Komitəsinin üzvüdür.

DiasporNews

Check Also

XİN-dən Paşinyanın Almaniyadakı çıxışına reaksiya

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfəri çərçivəsində bir neçə bəyanatla çıxış edərək, “Azərbaycan tərəfinin …

160*600