Home / Lobbi fəaliyyəti / Dneprdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi inşa ediləcək

Dneprdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi inşa ediləcək

Ukraynanın Dnepr şəhərinin mərkəzi hissəsində – “Fəhlə” prospektində ərazisi 4 hektar olan yaşıllıq sahəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına Park və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək. Bu barədə DiasporNews-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Səfirliyin və Azərbaycanın Dnepr şəhərindəki diaspor rəhbəri Nəcəf Əhmədovun, şəhər meriyasının birgə təşəbbüsü və dəstəyi ilə inşa ediləcək park, o cümlədən parkın ərazisində Azərbaycan Mədəniyyət Mərkəzi üçün işlənib hazırlanan layihə artıq müvafiq bələdiyyə və dövlət qurumları tərəfindən təsdiqlənib. Parkda Müslim Maqomayevin heykəlinin də ucaldılması nəzərdə tutulur. Bundan başqa, 500 kvadratmetr ərazidə tikiləcək Azərbaycan Mədəniyyət Mərkəzində soydaşlarımızın kütləvi-mədəni tədbirlər keçirmələri üçün hərtərəfli şərait yaradılacaq.

Tikinti işlərinə yaxın aylarda başlanması nəzərdə tutulur.

DiasporNews

Check Also

İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600