Home / Lobbi fəaliyyəti / Dubayda gənc azərbaycanlı rəssamların sərgisi açılıb

Dubayda gənc azərbaycanlı rəssamların sərgisi açılıb

Dubaydakı baş konsulluğumuzun və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə Dubayda gənc rəssamlarımızın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgisi açılıb. Tədbirdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov da iştirak edib.

Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov mərasimdə çıxış edərək Prezidenti İlham Əliyevin ölkəmizin mədəniyyətinin, incəsənətin təbliğinə və inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Altı gün davam edəcək sərgiyə 25 gənc istedadlı rəssam 90-dan çox sənət əsəri ilə qatılıb. Onlar Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov məktəbinin yetirmələridir”, – deyə baş konsul bildirib.

Tədbirdə Türkiyənin Dubay şəhərindəki baş konsulu İlker Kılıç, Xalq rəssamı Sakit Məmmədov və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının direktoru İslam Baxşəliyev çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.

İ.Baxşəliyev tədbirin təşkilində göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycanın Dubay şəhərindəki baş konsulluğuna minnətdarlığını bildirib. Sonra Cavidan Hüseynov fərqlənən gənc rəssamlara sertifikatlar verib. Sonra iştirakçılar sərgi ilə tanış olublar. Tədbirə qatılan qonaqlara Azərbaycan milli mətbəxindən təamlar təqdim edilib, ölkəmizin mədəniyyət və incəsənəti ilə bağlı jurnal, kitab və broşürlər paylanılıb.

Açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Sərgi noyabr ayının 5-dək davam edəcəkdir.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …