Home / İqtisadiyyat / İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq

İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq

Bu ilin sonunadək Azərbaycandan Almaniyanın paytaxtı Berlin şəhərinə, Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil olunacaq. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O, qeyd edib ki, bu ilin sonu gələn ilin əvvəlində Monqolustana şərab məhsulları ixrac olunacaq. Eyni zamanda, Çin Xalq Respublikasının Şanxay şəhərində açılan Şərab Evində 15 yerli istehsalçımızın 120-dən çox çeşiddə şərab növü təqdim olunub.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …