Home / Lobbi fəaliyyəti / Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

Moskvanın “Başmet-tsentr” Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov triosunun konserti olacaq. Kollektiv moskvalı musiqisevərlərə muğam janrında interpretasiya təqdim edəcək. Konsertlə bağlı mətbuat üçün açıqlamada deyilir: “Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan bir də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.

Konsertin proqramına klassik və caz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryaboyun ifasında muğamla yanaşı, Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri səslənəcək.

DiasporNews

Check Also

İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600