Home / Lobbi fəaliyyəti / “Qarabağ münaqişəsi tezliklə həllini tapmaldır” – Zərif

“Qarabağ münaqişəsi tezliklə həllini tapmaldır” – Zərif

“Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmaldır”. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İran xarici siyasət idarələri rəhbərlərinin İstanbulda keçirilən üçtərəfli görüşündən sonra baş tutan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər üç ölkə arasında yaxın qonşuluq siyasəti uğurlu əməkdaşlığa təkan verir: “Hər üç ölkənin ortaq iradəsi mövcuddur. Bölgə xalqlarının yaşam standartlarının yüksəlməsi üçün problemlərin öz həllini tapması vacibdir. Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”.

M.Zərif deyib ki, hər üç ölkə çox geniş imkanlara sahibdir: “Biz elm və texnologiya sahəsində əməkdaşlığımızı genişləndirməliyik. Görüşdə hər üç ölkənin özəl sektorları arasında Üçtərəfli Biznes Forum yaradılmasını da məqsəduyğun saydıq. Bank sahəsində verdiyimiz qərarlar qarşılıqlı ticarətin milli valyuta ilə aparılmasına şərait yaradacaq”.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …