Home / Lobbi fəaliyyəti / Qazaxıstan kanalı Azərbaycandan süjet təqdim edib

Qazaxıstan kanalı Azərbaycandan süjet təqdim edib

Qazaxıstanın “24.kz” televiziya kanalında Azərbaycanın qədim xalq sənəti təkəlduz haqda süjet təqdim edilib.

Süjetdə Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən olan təkəlduzla əvvəllər kişilərin məşğul olduğu, indi isə bu sənəti qadınların davam etdirdiyi bildirilir.

Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi olduğu haqda danışan müxbir sənətkarlar diyarı kimi məşhur olan qədim Şəkinin, həm də təkəlduz sənətinin vətəni hesab olunduğunu bildirir. Qeyd edilir ki, bu sənətlə məşğul olanlar arasında Anna Alxazova Qazaxıstanda doğulub böyüsə də Şəkiyə gəlin köçüb. Uşaqlıqdan tikiş işlərinə maraq göstərən Anna qaynanasından təkəlduz sənətini həvəslə öyrənib.

Süjetdə Nizami Gəncəvinin əsərlərinə çəkilmiş rəsmlərin, buta, nar naxışlarından istifadə etdiyini deyən Anna Alxazova bu sənətin çox incə və həssas olduğunu bildirir. O, Azərbaycanda və ölkənin hüdudlarından kənarda keçirilən sərgilərində dəfələrlə diplomlarla mükafatlandırıldığını deyib. Gələcəkdə Qazaxıstanda öz sərgisini keçirmək istəyini və bunun üçün o, yeni işlərin kolleksiyasını hazırladığını söyləyib.

DiasporNews

Check Also

İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600