Home / Lobbi fəaliyyəti / Yazıçı Elçinin romanları alman dilində

Yazıçı Elçinin romanları alman dilində

Almaniyada Xalq yazıçısı Elçinin yaradıcılığına maraq günü-gündən artmaqdadır. Bu ilin əvvəllərində ədibin məşhur “Baş” romanı alman dilində nəşr olunduqdan sonra, onun yaradıcılığına oxucuların və ədəbi ictimaiyyətin marağı daha da artıb. Bu günlərdə Berlinin “Pem Verlaq” nəşriyyatı bir-birinin ardınca Azərbaycanın Xalq yazıçısının “Ağ dəvə” və “Ölüm hökmü” romanlarını nəşr edib.

Qeyd edək ki, “Ağ dəvə” romanı Qərbi Almaniyada ilk dəfə hələ 1989-ju ildə nəşr olunub və yüksək qiymətləndirilib. “Ölüm hökmü” romanının isə ilk nəşridir. Əsəri alman dilinə Karl Hermann Kiel tərcümə edib. Nəfis şəkildə çap olunmuş kitabın tərtibatçısı rəssam Yohn Viliam Vaterhousedir.

Xatırladaq ki, bu, Elçinin Almaniyada nəşr edilmiş sayca altıncı kitabıdır. Belə ki, 1980-ci illərdə Xalq yazıçısının “Mahmud və Məryəm” romanı nəşr olunmuş, sonradan həmin roman “XX əsrin məşhur romanları” seriyasından yenidən çap edilib. Hazırda isə ədibin seçilmiş pyeslərindən ibarət kitabı alman dilində nəşrə hazırlanır.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …