Home / Lobbi fəaliyyəti / Yunanıstanda “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib

Yunanıstanda “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib

Azərbaycanın Yunanıstandakı səfirliyinin, “Qala” Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki bələdiyyəsinin birgə təşkilatçılığı ilə Saloniki şəhər kitabxanasında “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

Tədbirdə Saloniki şəhər bələdiyyəsinin, Salonikidə fəaliyyət göstərən konsulluq korpusunun təmsilçiləri, Aristotel və Makedoniya universitetlərinin rəhbərliyi, Azərbaycan icmasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev tədbirdə çıxış edərək bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatlarının ölkəmizin müstəqilliyinin tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib, Cümhuriyyətin 23 ay sonra bolşevik işğalı nəticəsində süquta uğraması barədə məlumat verib. Diplomat müsəlman şərqində ilk demokratik respublika olan AXC-nin 100 illiyinə həsr olunmuş tədbirin demokratiyanın doğulduğu dost Yunanıstanda Saloniki bələdiyyəsi ilə birgə keçirilməsindən məmnunluğunu ifadə edib. O, həmçinin dünyada Azərbaycan həqiqətlərinin tanıdılması işində xaricdə yaşayan hər bir soydaşımızın fəallıq göstərməsinin zəruriliyini vurğulayıb.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …