Home / Mədəniyyət / AXC-nin 100 illiyi Baltikyanı ölkələrdə qeyd olunub

AXC-nin 100 illiyi Baltikyanı ölkələrdə qeyd olunub

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” cəmiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində AXC-nin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitsindən Diaspornews-a verilən xəbərə görə, tədbirdə şəhər meriyasının nümayəndələri, digər diaspor təşkilatlarının (rus, ukrayna, belarus, polyak, tatar və s.) üzvləri, Rusiyanın Klaypeda şəhərindəki fəxri konsulu iştirak edib.

Çıxış edənlər Azərbaycanın dövlətçilik tarixindən və bu gün qazanılan uğurlardan danışıblar. Tədbir bədii hissə ilə davam edib.  Azərbaycanlı uşaqlar böyük sənətkar Müslim Maqomayevin “Azərbaycan” mahnısını həm doğma dilimizdə, həm də rus dilində ifa ediblər. Sonra milli geyimlərimizdə olan azərbaycanlı uşaqların timsalında xalq rəqslərimiz nümayiş olunub.

Digər tədbir Latviyanın Riqa şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilib. Azərbaycan və Latviya dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Latviyadakı səfiri  Cavanşir Axundov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasınını 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda böyük çoşğu ilə qeyd olunduğunu qeyd edərək Cümhuriyyətimizin yarandığı dövrə nəzər salıb, eyni zamanda Latviya-Azərbaycan dövlətlərarası münasibətlərinin tarixindən bəhs edib. Sonra Azərbaycan folklor musiqisi təqdim olunub, muğamlarımız və xalq mahnıları ifa olunub.

Diaspornews

Check Also

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisin 4-cü rayonunda “Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub. Rəssamın əsərləri …

160*600