Home / Mədəniyyət / Azərbaycan diasporu Ukraynada “Avropa günü”nə qoşuldu

Azərbaycan diasporu Ukraynada “Avropa günü”nə qoşuldu

Ukraynanın şimal-qərbində yerləşən Jitomir şəhərində “Avropa günü” qeyd olunur. Şəhərin Mixaylov küçəsində “Avropaya səyahət et!” adlı orijinal foto ərazi təşkil olunub. Arzu edənlər bu tədbirdə milli və orijinal geyimlər geyinmiş Avropa Birliyi ölkələrinin “nümayəndələri” ilə fotolar çəkdirə bilərlər.

Azadinform xəbər verir ki, tədbirdə Azərbaycanı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir təşkilatı təmsil edir. Təşkilatın sədri Rac Qasımovun təşəbbüsü ilə qurulan Azərbaycana aid stend sakinləri və şəhərin qonaqlarının xüsusi marağına səbəb olub. Azərbaycan stendi nəinki böyük sayda ədəbiyyat, rəngarəng milli musiqi alətləri, o cümlədən dadlı kulinariya məhsulları – paxlava, şəkərbura, mutaki və s. məhsullarla hamını özünə cəlb edib.

“Avropa günü” çərçivəsində şəhərin mərkəzi meydanından Jitomirdə yaşayan milli azlıqlar bayraqları və sədrlərinin iştirakı ilə yürüş ediblər. Mixaylovsk səhnəsinə kimi irəliləyən insanlar burada konsertə tamaşa ediblər. Konsertdə başqa-başqa millətləri təmsil edən istedadlı gənclərin çıxışları olub. Azərbaycan diasporu adından yaşının az olmasına baxmayaraq Xalidə adlı xanım çıxış edib. “Mən günəş olacağam” mahnısı ilə çıxış edən Xalidənin ifası tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir təşkilatının sədri Rac Qasımov isə hamını bayram münasibətilə təbrik edib, bütün ölkələrə, onların sakinlərinə çiçəklənmə, sülh və əmin-amanlıq arzulayıb.

 

Check Also

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisin 4-cü rayonunda “Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub. Rəssamın əsərləri …

160*600