Home / Mədəniyyət / Çikaqoda azərbaycanlı gənclərin musiqi gecəsi keçirilib

Çikaqoda azərbaycanlı gənclərin musiqi gecəsi keçirilib

İyulun 1-də ABŞ-ın Müstəqillik Günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı gənc istedadların klassik musiqi gecəsi keçirilib.

Musiqi gecəsi Türk Amerika Mədəniyyət İttifaqının mərkəz binasında təşkil edilib. Klassik musiqi gecəsinin gənc iştirakçıları Michael Naği (Piano), Russel Naği (Piano),  Nəzrin Məmmədova (Piano), Ayxan Əzimov (Piano), Məryəm Əzimova (Piano), Leia Zarinebaf (Piano), Araz Zarinebaf (Ud, Gitar və Piano) və Sabir Əliyev (Saksafon).

Gecəni giriş sözü ilə gənc musiqiçilərin müəlliməsi Gülçöhrə Əliyeva açaraq gənc istedadların qısa müddət ərzində də əldə etdikləri nailiyyətləri və gecənin musiqi proqramı barədə geniş məlumat verib. Daha sonra gənc istedadlar öz musiqi proqramlarını nümayiş etdiriblər.

Tədbir zamanı cəmiyyət icmasının aparıcı nümayəndəsi Teymur Mehmandarov çıxış edərək Azərbaycanlı gənclərə uğurlar arzu edərək, gələcəkdə bu tipli tədbirlərə ədəbi şeir gecələri də əlavə etmələrini qeyd edib. Tədbirin sonunda qonaqlar gənc iştirakçılara çiçək və hədiyyələr təqdim edilib.

 

DiasporNews

Check Also

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisin 4-cü rayonunda “Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub. Rəssamın əsərləri …

160*600