Home / Mədəniyyət / Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində yeni layihəyə – ədəbiyyatımızı beynəlxalq elektron informasiya şəbəkələri vasitəsilə təqdim edəcək “Azərbaycan ədəbiyyatı virtual aləmdə” adlı yeni layihəyə start verib.

Tərcümə Mərkəzindən Diaspornews-a bildirilib ki, layihə çərçivəsində ilk təqdimat dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib. Belarusun məşhur “Sozvuçiye” (Sozvuçiye – literatura i publisistika stran Sodrujestva) ədəbi portalı “İncilər xəzinəsi” (Larets jemçujin) rubrikası altında Nizami Gəncəvinin həyatına dair məlumata və şairin əsərlərinə geniş yer ayırıb.

Layihənin ingilis, fransız, alman, türk, ərəb, Çex və digər dillərdə müvafiq dünya portalları vasitəsilə davamlı olaraq yayımlanacağı nəzərdə tutulur.

http://sozvuchie.by/poeziya/item/3259-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-nizami-gyandzhevi.html

Check Also

Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib

Parisin 4-cü rayonunda “Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub. Rəssamın əsərləri …

160*600