Home / Diaspor / Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq müzakirə olunub

Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Misir Ərəb Respublikasının Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Komitədən DiasporNews-a verilən xəbərə görə, görüşdə Misir-Azərbaycan əlaqələri, Misirdəki Azərbaycan icmasının ölkənin mədəni, sosial, iqtisadi həyatındakı rolu müzakirə olunub. Dövlət Komitəsinin sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin, prezidentlərin qarşılıqlı səfərlərinin, eləcə də diaspor təşkilatlarının böyük rolu var.

Azərbaycanla Misir arasında mədəni, iqtisadi və digər sahələrdə olduğu kimi diaspor fəaliyyətində də münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə Dövlət Komitəsi ilə Misirin Miqrasiya və Xaricdəki Misirlilərlə İş üzrə Dövlət Nazirliyi arasında əlaqələrin qurulması qərara alınıb. Qarşlıqlı əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da səmərəli olacağı diqqətə çatdırılıb.

Misir Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifi isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb. O, ikitərəfli əlaqələrin, dostluq münasibətlərinin möhkəmlənməsi üçün bütün addımların atıldığını qeyd edib və Misirin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600