Home / Diaspor / ABŞ-da Azərbaycan icması üçün brifinq keçirilib

ABŞ-da Azərbaycan icması üçün brifinq keçirilib

Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənddəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair “Bakı-Boston Startap Veb Konfransı 1.0.” keçirilib.

Konfransda İsrailin Nyu-İnqlənddəki Baş konsulluğunun İqtisadi məsələlər şöbəsinin direktoru Ostin Sadağatpur Azərbaycan startaplarına Boston və ümumilikdə, ABŞ biznes mühitinin xüsusiyyətlərindən danışıb. O, israillilərin Boston şəhəri ilə yaratdığı biznes əlaqələri barədə məlumat verib.

Qeyd edək ki, Boston ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.

Müstəqil araşdırmalara görə, israillilərin qurduqları biznes Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcıdır. Yalnız 2015-ci ildə bu şirkətlər 9.3 milyard ABŞ dolları həcmində iqtisadiyyata birbaşa gəlir qazandırıb. Ştat iqtisadiyyatına ümumi təsirləri isə 18.1 milyard ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində bu şirkətlər 1.2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olub.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600