Home / Hadisə / ABŞ-da azərbaycanlı gənc öldürülüb

ABŞ-da azərbaycanlı gənc öldürülüb

ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində 29 yaşlı azərbaycanlı gənc güllələnib.

Polisin ehtimalına görə, Elçin Xəlilov adında azərbaycanlı ona məxsus mobil telefon mağazasını qarət etmək istəyən silahlı cinayətkar tərəfindən qətlə yetirilib.

Yerli polis şöbəsindən bildiriblər ki, cinayətlə bağlı səhər saatlarında 911 xidmətinə zəng daxil olub. Boyun nahiyəsində güllə yarası ilə xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb. Cinayət faktı ilə əlaqədar istintaq aparılır.

Check Also

Taleh Mahmudov Rusiya Prezidenti tərəfindən fəxri fərmanla təltif edilib

Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov …

160*600