Home / Diaspor / ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü

ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü

Bu il yanvarın 15-də ABŞ-ın Şimali Karolina ştatında yaşayan 29 yaşlı soydaşımız Elçin Xəlilovun Şarlot şəhərində sahibi olduğu telefon mağazasında qətlə yetirilməsi xaricdə yaşayan soydaşlarımızı və Azərbaycan ictimaiyyətini çox məyus edib. Diasporla İş üzrə Dövlət Komitəsindən DiasporNews-a verilən məlumata görə, qısa müddət ərzində həmvətənlərimiz və digər icma nümayəndələri onun ailəsinə kömək məqsədi ilə pul vəsaiti toplayıb.

Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsi hadisəni diqqət mərkəzində saxlayır və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görür. Belə ki, cənazənin Azərbaycana gətirilməsi xərclərini Azərbaycan Diasporuna Dəstək Fondu öz üzərinə götürüb.

“Dövlət Komitəsinin rəhbərliyi və kollektivi baş vermiş qətl hadisəsi ilə bağlı kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

DiasporNews

Check Also

İş adamı Fizuli Məmmədov Orxan Camalın oğlunu himayəyə götürüb

Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qətlə yetirilən ünlü araşdırmaçı, rejissor Orxan …

160*600