Home / Diaspor / ABŞ-ın Azərbaycana göndərəcəyi səfirin namizədliyi təsdiqləndi

ABŞ-ın Azərbaycana göndərəcəyi səfirin namizədliyi təsdiqləndi

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində Azərbaycan və Ermənistandakı səfir vəzifələrinə namizədlərlə bağlı səsvermə keçirilib.

Bu barədə komitənin rəsmi saytı məlumat yayıb. Senatorlar Earle Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliyini təsdiq ediblər.

Qeyd edək ki, Ö.Litsenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Resbublikastandakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litsenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir. Fransız, rus, serb və bolqar dillərini bilir.

Linn Treysi peşəkar diplomatdır. O, Rusiya və keçmiş SRRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentində Rusiya üzrə baş müşavir vəzifəsində işləyir. Bundan əvvəl Linn Treysi ABŞ-ın Moksva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.

DiasporNews 

Check Also

Kaliforniyada ilk azərbaycanlı diş həkimi – FOTOLAR

Çox şən, gülərüz, mehriban xanımdır. Onlunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən …

160*600