Home / Diaspor / ABŞ Konqresində 20 Yanvar faciəsi ilə bağlı növbəti bəyanat

ABŞ Konqresində 20 Yanvar faciəsi ilə bağlı növbəti bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasında Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı növbəti bəyanat verilib. Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, 29 il bundan əvvəl formalaşmaqda olan müstəqillik hərəkatının zorla yatırılması məqsədilə sovet ordusu Azərbaycana yeridilib. 26 minlik bu ordunun Azərbaycanın paytaxtı Bakı şəhərində dinc nümayiş iştirakçılarına hücumu nəticəsində 140-dan çox mülki şəxsi qətlə yetirib, 700-dən çox insan yaralanıb.

Qeyd olunur ki, sovet ittifaqı qəfil zərbə endirməklə və zor tətbiq etməklə yalnız azərbaycanlılara qarşı deyil, sovet əsarətində qalmış digər millətlərə də xəbərdarlıq etdiyini ümid edirdi. Lakin bu hücum azadlıqsevər Azərbaycan xalqının əzmini qıra bilmədi, əhalinin səylərini daha da möhkəmləndirdi. Əhalinin azadlıq və demokratiya tələbi müstəqilliyin elan edilməsi ilə nəticələndi.

Bəyanatda Azərbaycanın ABŞ-ın regiondakı əhəmiyyətli müttəfiqinə çevrildiyi bildirilir. Balkanlarda, İraqda və Əfqanıstanda Azərbaycan və ABŞ hərbçilərinin birgə xidmət etdikləri xatırlanır, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanır.

Bəyanatın ABŞ Konqresinin rəsmi gündəliyində dərc olunmuş ingilis dilində mətni ilə https://www.congress.gov/116/crec/2019/01/25/CREC-2019-01-25-pt1-PgE93-6.pdf internet səhifəsində tanış olmaq mümkündür.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600