Home / Diaspor / Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

ABŞ-ın İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubları göndəriblər.

DiasporNews xəbər verir ki, təbrik məktubları ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb.

Məktublarda vurğulanıb ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər.

Məktublarda qeyd olunub ki, bütün dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən ABŞ-dakı 400 minlik Azərbaycan icması müstəqil Azərbaycanı quranların bu işə töhfəsini xatırlayırlar.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600