Home / Diaspor / Almaniya azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Almaniya azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Berlində Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin növbəti toplantısı keçirilib.

DiasporNews xəbər verir ki, toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov da iştirak ediblər.

Tədbirdə diaspora fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Diaspora fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və bu təkliflər iştirakçılar tərəfindən nəzərdən keçirilib.

Almaniyada yaşayan soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb və bu məqsədlə Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb. Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yaşar Musayev Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

DiasporNews 

 

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600