Home / Diaspor / Almaniyada Azərbaycanla bağlı konfans keçirilib

Almaniyada Azərbaycanla bağlı konfans keçirilib

Аlmaniyanın Kotbus şəhərində yerləşən Brandenburq Texniki Universitetində Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin (VASW e.V) “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda növbəti elmi konfansı keçirilib.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi ölkəmizin tarixi və mədəniyyəti, habelə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar və info–materiallar vasitəsilə konfransın gedişinə dəstək olub. Konfransda VASW–ın üzvləri, Almaniyanın aparıcı universitetlərində namizədlik dissertasiyası yazan azərbaycanlı doktorantlar, xarici tələbələr və digərləri iştirak ediblər.

VASW–ın İdarə Heyətinin üzvü Mehrin Nəzirova qonaqlara 30 il öncə xalqımızın başına gətirilən faciələrdən danışıb.

Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Seymur İbrahimov VASW-ın 2007 – ci ildə təsis olunduğunu qeyd edib, 11 il ərzində görülən işlər barədə hesabat verib.

Fexta Universitetinin doktorantı Rəna Hüseynova “Azərbaycanda sosial işin peşə kimi inkişafı” mövzusunda, Humbolt Universitetinin doktorantı Asif Məsimov “Çar imperiyasının XIX əsrdə molokan və duxoborların misalında köçürmə siyasəti” mövzusunda, Humbolt Universitetinin doktorantı Məcid Amandi “Azərbaycan türkcəsi Cənubi Azərbaycanın ictimai-siyasi həyatında“ mövzusunda, Dr.Qurban Ələkbərov “Azərbaycan diasporunun tarixi” mövzusunda məruzə ediblər.

Konfrans interaktiv şəkildə davam etdirilib və fikir mübadiləsi aparılıb.

DiasporNews

Check Also

Ukraynada Azərbaycan diasporunun birgə fəaliyyəti müzakirə edilib

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Diasporla …