Home / Diaspor / Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib

Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib

Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin növbəti elmi konfansı keçirilib. “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusuna həsr olunmuş konfans Kotbus şəhərində yerləşən Brandenburq Texniki Universitetində baş tutub. Konfransda Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri, professor Yaşar Musayev, andlı tərcüməçi Qurban Ələkbərov, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin üzvləri, Almaniyanın aparıcı universitetlərində tədqiqatlar aparan azərbaycanlı doktorantlar, xarici tələbələr və elm adamları iştirak edib.

Birliyin İdarə Heyətinin üzvü Mehrin Nəzirova qonaqları Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə təbrik edərək, Azərbaycan xalqının apardığı azadlıq mücadiləsindən danışıb, bununla bağlı foto və videomateriallar təqdim edib. Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Seymur İbrahimov isə təşkilatın 11 illik fəaliyyətindən bəhs edərək bu illər ərzində görülən işlər barədə hesabat verib.

Müxtəlif mövzularda çıxışların dinlənildiyi konfrans ingilis və alman dillərində təşkil edilib.  Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyi ölkəmizin tarixi və mədəniyyəti, habelə Qarabağ həqiqətləri barədə kitablar və informativ materiallarla konfransın işinə dəstək göstərib.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …