Home / Diaspor / Amerika Yəhudi Komitəsi Azərbaycana təşəkkür edib

Amerika Yəhudi Komitəsi Azərbaycana təşəkkür edib

27 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində nazir Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən DiasporNews-a verilən məlumata görə, komitə nümayəndələri Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini vurğulayaraq bu xüsusda, Azərbaycan hökuməti tərəfindən yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

E.Məmmədyarov tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib. Nazir Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun beynəlxalq səviyyədə təşviq olunmasına verdiyi töhfəni vurğulayaraq, bu xüsusda ölkəmizdə təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DiasporNews 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600