Home / Diaspor / ATƏT PA-da Dilqəm və Şahbazla bağlı məsələ qaldırılacaq

ATƏT PA-da Dilqəm və Şahbazla bağlı məsələ qaldırılacaq

“Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüblər. Onlar sessiyada Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələni də qaldıracaqlar. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz”.

DiasporNews xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Bahar Muradova deyib.

B.Muradova deyib ki, sona qədər bu məsələ diqqət mərkəzində saxlanılacaq: “Təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların öz doğma yurdlarına qayıdışının da təmin edilməsi üçün ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600