Home / Diaspor / Azərbaycan-Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Azərbaycan-Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Londonda Azərbaycan – Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib. Bununla bağlı təşkil edilən mərasimdə bu ölkədəki səfirliyimizin əməkdaşları, azərbaycanlı tələbələr, türk iş adamları iştirak ediblər.Tədbiri giriş sözü ilə açan mərkəzin sədr müavini Sevil Aslanova Mədəniyyət Mərkəzinin məqsədi və vəzifələri haqqında məlumat verib.

Bildirib ki, Mərkəz Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılıb. Bu Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır. Mərkəzin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlıları bir araya toplamaqdır. Mərkəzin başqa şəhərlərdə də filiallarının fəaliyyət göstərməsi planlaşdırılır.

Mərkəz 4 şöbədən ibarətdir: ictimai əlaqələr, mədəniyyət, idman və gənclər şöbələri. Bu şöbələrin daxilində də bölmələr fəaliyyət göstərəcək. Bölmələrdə Azərbaycan dili, rəsm, musiqi, milli rəqs, xalçaçılıq, toxuma, idman və 3-6 yaşlı uşaqlar üçün təlim kursları yaradılacaq. Azərbaycan radiosunun yaradılması da əsas məqsədlərdən biridir.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600