Home / Diaspor / Azərbaycan diasporu ilə bağlı strategiya hazırlanıb

Azərbaycan diasporu ilə bağlı strategiya hazırlanıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün 200 yerlik internat evini ziyarət edib. Komitədən DiasporNews-a verilən məlumata görə, Yerli Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə internat evində olan ziyarətçilər uşaqları bayram azuqələri ilə sevindirib, internat evinin vəziyyəti ilə yaxından tanış olub və bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

İnternat evinin rəhbərliyi və kollektivinə Dövlət Komitəsinin fəaliyyəti barədə qısaca məlumat verən Komitə əməkdaşları Azərbaycan diasporunu və ölkəmizə dost olan dünya xeyriyyə təşkilatlarını da bu cür sosial layihələrə cəlb etmək barədə planlarının olduğunu qeyd ediblər. Bildirilib ki, bununla bağlı Dövlət Komitəsində müvafiq strategiya da hazırlanıb.

Strategiyada Azərbaycan diaspor üzvlərinin ölkəmizə səfəri zamanı qayğıya ehtiyacı olan insanları ziyarət etməsi, onlara maddi yardımlar göstərilməsi, onların müalicəsi və müayinəsi işlərində fəal iştirak etməsi kimi məsələlər nəzərdə tutulur.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600