Home / Diaspor / Azərbaycan Fransada kino festivalda təmsil olunub

Azərbaycan Fransada kino festivalda təmsil olunub

Azərbaycan Fransada “Qadın hüquqları və Kino” festivalında təmsil olunub. Fransada Azərbaycanın Dostları Assosiasiyasından DiasporNews -a verilən xəbərə görə, Parisdə Elie Wiesel İnstitutunda “Qadın hüquqları və Kino” festivalı çərçivəsində Natiq Rəsilovun “İkinci güllə” qısametrajlı filmi nümayiş olunub. Filmin nümayişi Fransa Milli Assambleyısının himayəsi altında, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Schroders (Britaniyada aktivlərin idarə edilməsi üzrə beynəlxalq qrup), Fransada Azərbaycanın Dostları Assosiasiyasının, Elie Wiesel İnstitutu və SFİL (Fransa inkişafı üzrə ictimai bankı) birgə təşkilatçılığı ilə keçirilən “Qadın hüquqları və Kino” festivalı çərçivəsində baş tutub.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan Fransua Mansel fransalı kino həvəskarlarına Azərbaycanda qadınların cəmiyyətdəki rolu, onlara 100 il bundan qabaq səsvermə hüququnun verilməsi, qadın hüquqları kimi vacib məsələyə Azərbaycanda bu gün dövlət səviyyəsində böyük qayğı ilə yanaşılması haqqında, eləcə də təşkilatın bu mövzuda müxtəlif layihələri haqqında məlumat verib.

11 dekabr Fransa Milli Assambleyasında başlamış festival bu gün Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimat mərasimi ilə başa çatacaq.



DiasporNews 

Check Also

Kaliforniyada ilk azərbaycanlı diş həkimi – FOTOLAR

Çox şən, gülərüz, mehriban xanımdır. Onlunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən …

160*600