Home / Diaspor / Azərbaycan Gürcüstana etiraz etdi

Azərbaycan Gürcüstana etiraz etdi

Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağvə ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki Azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan XİN-nin mətbuat xidmətindən DiasporNews-a verilən xəbərə görə, eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Qeyd olunub ki, məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir.

DiasporNews

Check Also

İş adamı Fizuli Məmmədov Orxan Camalın oğlunu himayəyə götürüb

Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qətlə yetirilən ünlü araşdırmaçı, rejissor Orxan …

160*600