Home / Diaspor / Azərbaycan İndoneziyaya humanitar yardım göndərdi

Azərbaycan İndoneziyaya humanitar yardım göndərdi

Azərbaycan İndoneziyaya humanitar yardım göndərib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən DiasporNews-a bildirilib ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞdolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Qeyd edək ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkmiş, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600