Home / Diaspor / Azərbaycan səfiri Tuluzanın vitse-prezidenti ilə görüşüb

Azərbaycan səfiri Tuluzanın vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Oksitan regionunun Tuluz metropolunun vitse-prezidenti Jan-Klod Dardöle ilə görüşüb.

Görüşdə səfir R.Mustafayev Azərbaycanın regionda yeganə dünyəvi müsəlman ölkəsi olmasından, Azərbaycan Xalq Cümhuriyyətindən danışıb. Bildirib ki, gələn il qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq.

İki ölkə arasındakı müxtəlif sahələrdəki sıx münasibətlərə toxunan səfir iqtisadi əlaqələrin inkişafının əsasında siyasi dəstəyin vacibliyini qeyd edib. Dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini, kənd təsərrüfatının inkişafının prioritet sahələrdən olduğunu bildirib. Azərbaycanın SİAL Paris beynəlxalq ərzaq sərgisində uğurlu iştirakından söz açıb.

Jan-Klod Dardöle 37 bələdiyyəni birləşdirən Tuluz metropolu və onun iqtisadi inkişafı haqqında məlumat verib. Tuluzdakı aviasiya muzeyi, onun maarifləndirici rolundan danışıb. Kosmik ailəyə qoşulan Azərbaycanda da belə bir muzeyin maraqlı olacağını bildirib. Mədəniyyətin iqtisadiyyata təkan verdiyini bildirib. Mədəniyyət sahəsində əlaqələrin canlandırılmasının əhəmiyyətinə toxunub.

Görüşdə kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Birgə festivalların, sərgilərin və konsertlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə səfirliyimizin 1-ci katibi Tural Rəsulov da iştirak edib.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600