Home / Diaspor / Azərbaycan səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb – RƏSMİ

Azərbaycan səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb – RƏSMİ

 “Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb”. DiasporNews xəbər verir ki, bunu “Report”-un sorğusuna cavab olaraq Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

“Nota verilməyib. Sadəcə məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir”-deyə, səfirlikdən bildiriblər.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600