Home / Diaspor / Azərbaycan silahları bəzi ölkələrdə silahlanmaya daxil edilib

Azərbaycan silahları bəzi ölkələrdə silahlanmaya daxil edilib

“Bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd edən Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu arasındadır”.  
DiasporNews xəbər verir ki, bunu Azərbaycan Reapublikası Müdafiə Sənayesi Nazirinin müavini Yəhya Musayev bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycanda Müdafiə Sənayesi yaradılması ölkəmizin müdafiə qüdrətinin artırılmasına öz töhfəsini verib:
“Azərbaycanın hərbi qüdrəti durmadan artır. Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parad bunun əyani sübutudur”.

Y.Musayev deyib ki, nazirliyin istehsal etdiyi silahlar Azərbaycan ordusu ilə yanaşı bir sıra xarici ölkələrin ordularının silahlanmasına daxil edilib.

DiasporNews 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600