Home / Diaspor / Azərbaycan-Türkiyə müdafiə sənayesi üzrə zirvə görüşü keçiriləcək

Azərbaycan-Türkiyə müdafiə sənayesi üzrə zirvə görüşü keçiriləcək

Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a bildiriblər ki, Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur. İclas dekabrın 20-dək davam edəcək.

Yaxın zamanlarda Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin qardaş ölkələrimiz arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi planlaşdırılır.

Zirvə görüşü sentyabrda Bakıda keçirilən “ADEX 2018” üçüncü Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən təşkil olunacaq.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600