Home / Diaspor / Azərbaycan və daha 3 ölkə Ermənistanın mükafatından imtina etdi

Azərbaycan və daha 3 ölkə Ermənistanın mükafatından imtina etdi

İrəvanda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Assambleyasının 52-ci iclası çərçivəsində eyni anda təşkilata üzv olan 4 ölkənin nümayəndələri QİƏT-in yaradılmasının 25 illiyi münasibətilə Ermənistanın təltif etdiyi yubiley medallarından imtina ediblər.

DiasporNews Ermənistan KİV-inə istinadən xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin – Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.

Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib. QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …