Home / Diaspor / Azərbaycana gələn turistlərin sayı 2,5 milyona çatıb

Azərbaycana gələn turistlərin sayı 2,5 milyona çatıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb. Dövlət Turizm Agentkiyindən DiasporNews-a verilən məlumata görə, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.

Müsbət artım tendensiyası ilə yanaşı azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalıb.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …