Home / Diaspor / Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlandı

2017-2018-ci illərdə ölkənin ali təhsil müəssisələrində 76 ölkədən 5871 nəfər əcnəbi tələbə təhsil alıb. Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında hesabat çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, bu da əvvəlki tədris ili ilə müqayisədə 17 faiz artım deməkdir. C.Bayramov tədris şəraitinin yaxşılaşdırılması məqsədilə son beş ildə 500-dən çox məktəb binası və modul tipli məktəblər tikildiyini bildirib.

“Bu da 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşması deməkdir. Cari ilin sonuna qədər 817 yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılacaq”.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …