Home / Diaspor / Azərbaycanın Tbilisiyə dəvət olunmamasına rəsmi reaksiya

Azərbaycanın Tbilisiyə dəvət olunmamasına rəsmi reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı KİV-də yayılan məlumata münasibət bildirib. xəbər verir ki, mətbuat xidmətinin bununla bağlı açıqlamasında deyilir:

“Qeyd edilən məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq.

Məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropaİttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir”.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …