Home / Diaspor / Azərbaycanlılar İtaliyada təbrik kampaniyası təşkil edib

Azərbaycanlılar İtaliyada təbrik kampaniyası təşkil edib

Azərbaycanın İtaliyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkədə təhsil alan tələbələrimiz arasında təbrik kampaniyası təşkil edib. 

Dekabrın 26-dan başlayaraq səfirliyin sosial şəbəkələrində İtaliyanın Roma, Piza, Padova, Turin, Maçerata, Parma, Milan, Kamerino və Venesiya şəhərlərində təhsil alan tələbələrin “#İtaliyadanTəbrikim” həştəqi altında təbrik videoçarxları yayımlanıb.

Azərbaycanlı tələbələr və səfirliyin sosial kanallarının izləyiciləri arasında böyük marağa səbəb olan bu kampaniya dekabrın 31-də Romadan təbrik videoçarxı ilə yekunlaşıb.

DiasporNews

 

 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600