Home / Lobbi fəaliyyəti / “Azərbaycanlıların İsveçdə adaptasiyası yüksək səviyyədədir” – Hollenbrand

“Azərbaycanlıların İsveçdə adaptasiyası yüksək səviyyədədir” – Hollenbrand

DiasporNews İsveç Krallığı “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrandın müsahibəsini təqdim edir.

 – Hazırda İsveçdə azərbaycanlıların fəaliyyəti, say tərkibi, ümumiyyətlə adaptasiyası ilə bağlı nə deyə bilərsiniz? Burada azərbaycanlıların yerli seçkili və inzibati orqanlara inteqrasiyası barədə bilgiləriniz də maraqlı olardı.

– İsveç Krallığında ümumilikdə təxminən 4000 azərbaycanlı yaşayır. İran (Cənubi Azərbaycan) azərbaycanlıları ilə birgə götürsək 25 000 nəfərə yaxın olar. İş vizası ilə gələnlər bu siyahıya daxil deyil, çünki onlar burada daimi yaşamırlar. Ümumiyyətlə azərbaycanlıları İsveçdə müxtəlif ixtisaslara yiyələniblər. İsveçdə iş fəaliyyəti sahələri böyük olduğu üçün soydaşlarımızın ixtisaslaşma müxtəlifliyi də genişdir. Ürək açan məqam isə odur ki, azərbaycanlı qadınları İsveçdə istənilən sahədə artıq özlərini sınaya bilirlər. Eyni zamanda İSveçdə soydaşlarımız arasında, xüsusilə gənclərdən, yüksək təyinatlı universitetlərdə təhsil alanlar da var. Bir sözlə burada gələcəyimiz olduqca parlaq görünür.

Azərbaycanlıların İsveçdə adaptasiyası və ya inteqrasiyası deyərdim ki, yüksək səviyyədədir. Bu, müxtəlif hallarla baş verir. Məsələn. tədris ocaqlarında, iş yerlərində, ölkənin əlamətdar günlərində yaxından iştirak edərək bu baş verir. Son vaxtlar azərbaycanlıların yerli millətin nümayəndələri ilə evlənmə hallarını da bura şamil etmək olar.

Müxtəlif inzibati və seçkili orqanlarda da azərbaycanlıların inteqrasiyasına rast gəlmək olar.  Buna misal olaraq bu yaxınlarda Riksdaqda (parlament) namizədliyini müxtəlif partiyalardan vermiş 3 azərbaycanlını misal göstərə bilərəm. Bunlar Aylın Bilgin və Fərəc Quliyev Sosial Demokrat partiyasından, Tural Əliyev isə Mərkəzi Partiyadan olan namizədlərdir.

 – Son vaxtlar Avropaya Yaxın şərqdən miqrasiya axını güclənir. Bu İsveçdə necə hiss olunur? Bu, azərbaycanlılarla bağlı necədir? Ümumiyyətlə, Avropada azərbaycanlıların lobbiçilik ideyaları aktuallaşıb. Bu barədə hansı yenilikdən danışa bilərsiniz?

 – Bura adətən Suriya və Əfqanıstandan qaçqınlar gəlir bu yaxınlarda parlamentdə əfqanlarla bağlı amnistiya qərarı qəbul edildi. Hamısına oturum verildi. İsveçlilər bunu normalq arşılayır. Onlar çox tolerantdırlar.

Azərbaycanlılarla bağlı qaçqın kimi demək olar ki yoxdur. Azərbaycanlılar əsasən burada işgüzar sahədəıdir və diaspor sahəsində də çox fəaldırlar. Biz burada Azərbaycana meyilli siaysətçilər ilə əlaqəlaəri daha da möhkəmləndirməyə çalışırıq. Tədbirlərə dəvət edirik, görüşlər keçiririk və sair. Azərbaycan gündəmində baş verən hadisələri onlarla bölüşürük.

Azərbaycanın tarixi, görməli yerlərini, mədəniyyət nümunələrini İsveçdə, ümumiyyətlə Skandinaviya ölkələrindı geniş təbliğ ediirk. Artıq mən deyərdim bir neə on il əvvəl ilə müqayisədə İsveçdə Azərbaycan mədəniyyət kifayət qədər tanınandır. O cümlədən Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da məlumatlıdırlar. Burada siyasətçi dostlarımız hər zaman Azərbaycana səfər etmək niyyətindədirlər. Ümumiyyətlə Avropanın digər bölgələrindəki Azərbaycan diaspor təşkilatları kimi Skandivaniya ölkələrindəki azərbaycanlılar da lobbiçiliyə, yerli millətdən olan dostları ilə birgə fəaliyyətə ciddi meyllidirlər.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …