Home / Diaspor / Azərbaycanlılarının İsveç üzrə Koordinasiya Şurasının ilk toplantısı keçirilib

Azərbaycanlılarının İsveç üzrə Koordinasiya Şurasının ilk toplantısı keçirilib

Stokholm şəhərində Azərbaycan Respublikasının İsveç Səfirliyində Skandinaviya Azərbaycanlılarının İsveç üzrə Koordinasiya Şurasının ilk toplantısı keçirilib. Toplantıda müxtəlif təşkilatları təmsil edən nümayəndələr Koordinasiya Şurasının iş prinsipləri ilə tanış oldular. Təşkilatların nümayəndələri öz iş planlarından danışdılar və gələcəkdə müştərək və sərbəst iş planları ilə bölüşdülər.

Görüş işgüzarlıq atmosferində və qarşılıqlıanlaşma şəraitində keçdi. Növbəti görüşün tarixi 6 yanvar 2019 təyin edildi. 20 Yanvar Faciəsinin qeyd edilməsinə hazırlıq məsələsini Şuranın ikinci görüşündə qaldırılması qərara alındı.

DiasporNews

Check Also

İş adamı Fizuli Məmmədov Orxan Camalın oğlunu himayəyə götürüb

Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qətlə yetirilən ünlü araşdırmaçı, rejissor Orxan …

160*600