Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
DiasporNews TASS-a istinadən xəbər verir ki, “Azerspace-2” orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib.
Qeyd edilib ki, “Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.
DiasporNews