Home / Diaspor / Bakı MDB-nin ən yaxşı turizm şəhərləri arasında ilk 10-luqdadır

Bakı MDB-nin ən yaxşı turizm şəhərləri arasında ilk 10-luqdadır

Turizm sahəsi ilə bağlı araşdırmalar aparan Rusiya analitik agentliyi – “TurStat” 2019-cu ilin qış mövsümündə MDB-nin ən yaxşı turizm şəhərlərinin reytinq cədvəlini hazırlayıb.

İlk 10-luqda Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), İrəvan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) şəhərləri yer alıb.

Reytinq cədvəli turizm səfərlərinin sayı əsasında tərtib olunub. Məlumatda həmçinin deyilir ki, turistlər arasında daha çox Belarusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak turizm mərkəzləri məşhurdur.

İstirahətə gedənlər ucuz turlar üçün Özbəkistan və Moldovanı, alış-veriş üçün Bakı və Astananı seçirlər. Səfərlər adətən 3-7 gün çəkir. Turistlərin gündəlik xərci 50-100 ABŞ dolları arasında olur.

DiasporNews

Check Also

Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlər necə artırılmalı?

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600