Home / Diaspor / Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir

Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir

Bakı MDB-yə üzv ölkələrin şəhərləri arasında şopinq səyahətlərinin reytinqində liderlik edir.  DiasporNews xəbər verir ki, Rusiyanın “TurStat” Analitik Agentliyi rusiyalı turistlərin alış-verişi üçün MDB-yə üzv ölkələrin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib. Reytinq 2018-ci ildə şopinq-turların populyarlığının təhlili nəticələrinə görə təqdim olunub. Rusiyalı turistlərin alış-verişi üçün populyar olan MDB şəhərlərinin üçlüyünə Azərbaycanın, Qazaxıstanın və Belarusun paytaxtları daxil edilib.

“TurStat”ın məlumatına görə, turistlər MDB şəhərlərinə orta hesabla 2-3 günlük səfər edir və alış-verişə 1000 dollaradək pul xərcləyirlər. Agentlik, həmçinin qeyd edir ki, cari il may ayının 1-dən 31-dək keçirilən Bakı Şopinq Festivalı (Baku Shopping Festival) əcnəbi turistlərin böyük marağına səbəb olub.

DiasporNews

Check Also

Turizmin internetdə təbliği ilə bağlı ekspertlərin rəyləri öyrənilir

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600