Home / Diaspor / Bakı yenə İrəvanı qabaqladı: MDB şəhərlərinin 10-luğu

Bakı yenə İrəvanı qabaqladı: MDB şəhərlərinin 10-luğu

“TurStat” analitik agentliyi turistlərin payız səyahəti üçün ən yaxşı MDB şəhərlərinin siyahısını hazırlayıb. 

Reytinq 2018-ci ilin payızına planlaşdırılan turizm səfərlərinin populyarlığının təhlili əsasında hazırlanıb.

Minsk, Astana və Bakı reytinqdə ilk pillələri tutur. Siyahıda növbəti yerlərdə İrəvan, Daşkənd, Almatı, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad qərarlaşıb. Məlumatlara görə, turistlər payızda MDB ölkələrinə və şəhərlərinə orta hesabla üç günlük gəlirlər.

Ən ucuz turlar Qırğızıstan və Özbəkistana təşkil edilir, həftə sonları və alış-veriş üçün isə turistlər Astana və Bakıya üstünlük verirlər.

Xatırladaq ki, 2018-ci ilin yayı üçün hazırlanmış MDB şəhərlərinin siyahısına Bakı liderlik edirdi.(Oxu.az)

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600