Home / Diaspor / Bakıda 29 ölkənin silah və hərbi texnikaları nümayiş olunacaq

Bakıda 29 ölkənin silah və hərbi texnikaları nümayiş olunacaq

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisində dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edəcək.

DiasporNews xəbər verir ki, bu barədə sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Sərgidə müasir silah və avadanlıqlar, habelə Azərbaycanın müdafiə sənayesi kompleksinin nailiyyətləri və qüdrəti nümayiş olunur.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib ki, sentyabrın 25-dən 27-dək Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.

Nazir müavini bildirib ki, sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə, Ukraynanın şirkətlərindən ibarət 11 milli stendin iştirakı nəzərdə tutulur. Bir sıra sərgi iştirakçısı ölkələr əvvəlki illərlə müqayisədə öz milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir.

Təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi olan sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600