Home / İqtisadiyyat / Beynəlxalq agentliklər Azərbaycanın reytinqini yüksəldiblər

Beynəlxalq agentliklər Azərbaycanın reytinqini yüksəldiblər

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb. Bu barədə reytinq agentliyi məlumat yayıb. S&P Azərbaycanın uzunmüddətli suveren reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Uzunmüddətli reytinqin proqnozu isə “Stabil” olaraq təsdiqlənib.

“Bizim Azərbaycan üzrə reytinqimiz əvvəlki kimi Dövlət Neft Fondunun əhəmiyyətli yığılmış ehtiyatları ilə dəstəklənən güclü maliyyə durumu ilə izah olunur. Proqnozlara əsasən, 2018-ci ilin sonlarına bu göstərici ÜDM-in təxminən 60 faizini təşkil edəcək”, – deyə məlumatda vurğulanıb.

Agentliyin proqnozlarına əsasən, Azərbaycanda 2018-ci ildə ÜDM artımı 2%, 2019-cu ildə 3%, 2020-21-ci illərdə isə 3,5% təşkil edəcək: “2018-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 47 milyard dollar təşkil edəcək. 2019-cu ildə bu rəqəm 47 milyard dollar, 2020-ci ildə 47 milyard dollar, 2021-ci ildə isə 49 milyard dollar olacaq”.

S&P beynəlxalq reytinq agentliyi 2018-2020-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun orta illik artımının 3% səviyyəsində olacağını proqnozlaşdırır: “Biz illik orta iqtisadi artımın 3% təşkil edəcəyini gözləyirik. Lakin iqtisadi artım neft sənayesi və dövlət investisiyaları sahəsində tendensiyalarından asılı olaraq qalacaq”. S&P 2018-2020-ci illərdə Azərbaycanda orta illik inflyasiya 4% olacağını proqnozlaşdırır.

Eyni zamanda “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. Reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub. Reytinqin “BB+” səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında “Fitch” xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib. (APA)

DiasporNews

Check Also

Azərbaycan Maarifçi Gənclər Təşkilatının Beynəlxalq layihəsi uğurla başa çatıb

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Social Inclusion Through Healthy Lifestyles: Cross-sectoral youth policydevelopment in Eastern Partnership”adlı …

160*600