Home / Diaspor / BMT-də Qarabağ danışıqları: Məmmədyarov erməni nazirlə görüşəcək

BMT-də Qarabağ danışıqları: Məmmədyarov erməni nazirlə görüşəcək

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.
Azərbayacan XİN-dən DiasporNews-a verilən xəbərə görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600