Home / İqtisadiyyat / Bu il 96 azərbaycanlı Türkiyədə ev alıb

Bu il 96 azərbaycanlı Türkiyədə ev alıb

Bu ilin avqust ayında 96 nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzilə sahib olub. DiasporNews xəbər verir ki, bu barədə “Finans.az” Türkiyənin Statistika İdarəsinə istinadən məlumat verib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 51 mənzil və ya 2,13 dəfə çoxdur. 2017-ci ilin avqust ayında 45 Azərbaycan vətəndaşı Türkiyədə mənzil və əmlaka sahib olub.

Bu ilin yanvar-avqust aylarında isə 583 nəfər Azərbaycan vətəndaşı qardaş ölkədə mənzil və əmlaka yiyələniblər. Bu isə ötən ilin səkkiz ayı ilə müqayisədə 144 mənzil və ya 32,8% çoxdur. Belə ki, 2017-ci ilin yanvar-avqust aylarında 439 nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzilə sahib olublar.

Ümumilikdə isə ötən ay 3 894, bu ilin yanvar-avqust aylarında isə 18 723 xarici vətəndaş qardaş ölkədə mənzil yiyələnbilər. Bu, müvafiq olaraq 2017-ci ilin avqust ayı ilə müqayisədə 2 225 mənzil və ya 2,33 dəfə, ötən ilin səkkiz ayı ilə müqayisədə isə 5 590 mənzil və ya 42,56% çoxdur.

Qeyd edək ki, Türkiyədə ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. Avqustda iraqlılar 944, bu ilin səkkiz ayında isə 3 515 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vəttəndaşları avqustda 424, yanvar-avqust aylarında isə 1 659 mənzil satın alıblar. İlk üçlüyü isə Səudiyyə Ərəbistanı bağlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 275 mənzil, bu il ərzində isə 1573 mənzil əldə ediblər.

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600